AZ

15 il sonra o skamyada yenidən bir arada Video

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2011-ci ildə TRT 1-də yayımlanmağa başlayan “Leyla və Məcnun” serialının 15-ci ildönümü münasibətilə layihənin rejissoru Onur Ünlü və baş rol ifaçıları Ali Atay ilə Serkan Keskin bir araya gəliblər.

“Qafqazinfo” xəbər verir ki, türk televiziya tarixinin kult istehsallarından biri hesab olunan serial TRT 1-də üç mövsüm yayımlandıqdan sonra illər sonra “Exxen” platforması üçün yenidən çəkilib və ümumilikdə yeddi mövsümdən ibarət olub.

Serialın simvollarından birinə çevrilən məşhur skamyada baş tutan görüş zamanı üçlük birlikdə çay içərək, serialın yaddaqalan səhnələrindən birini yenidən canlandırıb. Görüş “Leyla və Məcnun”un pərəstişkarları tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş paylaşılıb.

Qeyd edək ki, “Leyla və Məcnun” ilk yayımlandığı gündən bu günə qədər geniş tamaşaçı auditoriyasına malik olub və türk serialları arasında xüsusi yerini qoruyub saxlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
qafqazinfo.az

1Mənbələr