AZ

“Evdə tək” filminin ulduzu Ketrin O’Haranın ölüm səbəbi AÇIQLANDI

“Evdə tək” filminin ulduzu Ketrin O’Haranın ölüm səbəbi açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin məhkəmə-tibbi ekspertizası məlumat yayıb.

“Emmi” mükafatı laureatı, “Evdə tək” filmində Kevin Makkalisterin anası rolu ilə dünya şöhrəti qazanan sənətçi Ketrin O’Haranın ölüm şəhadətnaməsində qeyd olunub ki, məşhur aktrisanın ölümünə ağciyərlərdə yaranan tromb səbəb olub.

Bundan əlavə, sənəddə sənətçinin həm də düz bağırsaq xərçəngindən əziyyət çəkdiyi qeyd edilib.

Aktrisa yanvarın 30-da Los-Ancelesdəki evində qəfil yaranan tənəffüs problemləri səbəbindən təcili xəstəxanaya çatdırılsa da, az sonra dünyasını dəyişib.

Kanada əsilli ulduzun ölümü həm Hollivudda, həm də vətənində böyük üzüntü ilə qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
38
interpress.az

1Mənbələr