AZ

Marko Rubio Almaniya, Slovakiya və Macarıstana səfər edəcək

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ-ın dövlət katibi Marko Rubio 13–16 fevral tarixlərində Almaniya, Slovakiya və Macarıstana səfər etməyi planlaşdırır.APA xəbər verir bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Məlumata görə, Rubio 13–15 fevral tarixlərində Almaniyada keçiriləcək 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.Slovakiyaya səfəri 15–16 fevral tarixlərini əhatə edəcək. ABŞ rəsmisi orada nüvə enerjisi sahəsində əməkdaşlığın inkişafı, enerji təchizatının şaxələndirilməsi, Slovakiyanın silahlı qüvvələrinin modernləşdirilməsi və NATO çərçivəsində öhdəlikləri ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.

Macarıstanda isə diplomat iki ölkə arasında enerji əməkdaşlığı məsələlərinə toxunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
apa.az

2Mənbələr