AZ

Aİ sous paketlərini qadağan edir

Avropa Birliyi 12 avqust 2026-cı ildən etibarən restoran, kafe və digər ictimai iaşə obyektlərində tək istifadəlik ketçup, mayonez və oxşar sous paketlərinin istifadəsini qadağan edəcək.

"Yeni Sabah" xəbər verir ki, Qərar plastik tullantıların azaldılmasını hədəfləyən yeni "Qablaşdırma və Qablaşdırma Tullantıları Qaydası" çərçivəsində qəbul olunub. Qadağa obyekt daxilində xidmətə şamil ediləcək. Bunun əvəzinə doldurula bilən dispenserlər və təkrar istifadə olunan qablar tətbiq olunacaq.

“Götür-get” (takeaway) sifarişlərdə isə hələlik müəyyən istisnalar qalacaq.

Bu addım Aİ-nin ətraf mühitin qorunması və plastik çirklənmənin azaldılması üzrə uzunmüddətli strategiyasının bir hissəsidir./Axşam.az


Telegram kanalımız
Seçilən
10
1
yenisabah.az

2Mənbələr