La Liqanın 23-cü turunda “Vilyarreal” və “Espanyol” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, ev sahibi komanda 4:1 hesabı ilə qalib gəlib.
Matç “Estadio Céramica”da (Vilyarreal) baş tutub.
Jorj Mikautadze 35-ci dəqiqədə ev sahibi komandanı hesabda irəli çıxarıb. Xose Salinas 41-ci dəqiqədə öz qapısına qol vuraraq “Vilyarreal”ın üstünlüyünü ikiqat artırıb. Nikolas Pepe 50-ci dəqiqədə “Vilyarreal”ın üçüncü, Alberto Moleiro isə 55-ci dəqiqədə dördüncü qolunu vurublar. Leandro Kabrera 88-ci dəqiqədə bir qolun əvəzini çıxıb.
Bu oyundan sonra “Vilyarreal” 45 xalla İspaniya çempionatının turnir cədvəlində dördüncü, “Espanyol” isə 34 xalla altıncı yerdədir.