AZ

Boks üzrə keçmiş dünya çempionu: “Usik ortabab bpksçudur, mən onu nokaut edərdim”

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Boks Şöhrət Zalının 57 yaşlı üzvü və üç çəki dərəcəsində keçmiş dünya çempionu, amerikalı Ceyms Toni məğlubedilməz ukraynalı Aleksandr Usiki sərt tənqid edib.

“Sənin Usikin saf zibildir. Mənim dövrümdə döyüşsəydi, ona sağdan-soldan zərbələr endirərdilər, heç bir şansı olmazdı. Usik orta səviyyəlidir. O, böyük deyil. Bilirsiniz niyə? Bu müasir boksçuların heç biri tarixin ən böyük boksçuları arasında deyil.

İndi mənim dövrümdə olduğu kimi deyil. Onlar heç kimlə döyüşmürlər. Sadəcə döyüşmək istəmirlər. Böyük olmağın yeganə yolu böyük rəqiblərə qarşı rinqə çıxmaqdır.

Mən bu ukraynalı bokşu problemsiz nokaut edərdim. Müasir ağır çəki dərəcəsində yarış tamamilə fərqli səviyyədədir”, - deyə İdman.Biz “Bloody Elbow”ya istinadən Toninin sözlərini sitat gətirir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
icma.az

2Mənbələr