AZ

Prezident: “Azərbaycanın yerləşdiyi daha geniş regionda biz hər hansı növ enerji mənbələrinin idxalından asılılığı olmayan yeganə ölkəyik”

“Azərbaycanın yerləşdiyi daha geniş regionda biz hər hansı növ enerji mənbələrinin idxalından asılılığı olmayan yeganə ölkəyik. Biz özümüzü neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ilə təmin edirik və indicə qeyd etdiklərimin hamısını ixrac edirik. Beləliklə, bir çox ölkələr üçün çox faydalı olacaq artan ixracla yanaşı, bizim hədəfimiz məhz budur”.

Editor.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə səsləndirib.

“Bu gün, yeri gəlmişkən, biz təbii qazı boru kəmərləri ilə 16 ölkəyə ixrac edirik və qazın boru kəməri ilə təchizatı nöqteyi-nəzərindən dünyada birinci yerdəyik. Lakin bununla yanaşı, biz süni intellekt və rəqəmsal transformasiya sahəsində tərəfdaşlarımızın olması üçün Amerika və digər ölkələrdən olan aparıcı şirkətləri cəlb etmək məqsədilə buradakı enerji potensialımızdan istifadə etmək istəyirik. Qazıntı yanacağına gəldikdə, – hansı ki, müəyyən siyasi gündəmə görə uzun illər ərzində ayrı-seçkiliyə məruz qalmışdır, – biz şadıq ki, hər bir digər sahədə olduğu kimi, Prezident Trampın siyasəti realist ssenariyə söykənir, populizmdən çox uzaqdır və real vəziyyətə əsaslanır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Seçilən
11
1
editor.az

2Mənbələr