AZ

Azərbaycan etiraz etdi, ermənilərin təxribatının qarşısı alındı

Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin – Karina Akopova cütlüyünün XXV Qış Olimpiya Oyunlarındakı təxribatının qarşısı alınıb.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Konkisürmə Birliyi idmançıların yarış vaxtı istifadə edəcəyi musiqinin adını dəyişib.

Onlar "Arsax" adlı musiqidən istifadə etməyəcəklər. Fiqurlu konkisürənlərin musiqiləri "Latkia's Theme", "Ringa Ringa" və "Jai Ho" adlanacaq.

Daha əvvəl Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan "Arsax" adlı musiqidən istifadə etməsi ilə bağlı etirazını bildirib.

XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Seçilən
38
sportinfo.az

1Mənbələr