AZ

Dünya futbolu şokda: Ulduz futbolçunun xahişi ilə 14 yaşlı qıza...

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransa futbolunun əfsanəvi simalarından olan Frank Riberi ağır ittihamlarla üz-üzədir.

Fanat.Az xəbər verir ki, bütün dünyanı lərzəyə salan "Epşteyn işi" üzrə üzə çıxan yeni məlumatlar medianın gündəminə bomba kimi düşüb.

Anonim bir fransız qadının ifadələrinə görə, məşhur futbolçunun və vəkilinin adı azyaşlıların istismarı və qeyri-qanuni şəbəkələrlə əlaqədə hallanır. İddia edilir ki, Riberi və vəkili 14 yaşlı qızların qeyri-etik xidmətlərə cəlb olunmasında birbaşa iştirak ediblər.

Zərərçəkənin sözlərinə görə, futbolçunun vəkili tərəfindən fiziki zorakılığa məruz qalıb və ona "Frank bunu etməyimi məndən xahiş etdi" deyilib.

Epşteynin gizli siyahısında adı keçən şəxslər arasında Riberinin də olması futbol ictimaiyyətində böyük şok yaradıb. Əgər bu ağır iddialar rəsmi sübutunu taparsa, əfsanəvi futbolçunun karyerası və imici üçün geri dönüşü olmayan bir yol başlayacaq.

Hazırda hüquq-mühafizə orqanlarının sənədlər üzərində araşdırmaları davam etdirdiyi bildirilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
fanat.az

2Mənbələr