Vaşinqton, 10 fevral, AZƏRTAC
ABŞ-ın Merilend ştatının Montqomeri əyalətində Tomas Vutton adına məktəbdə bir nəfər güllələnib. AZƏRTAC-ın məlumatına görə, polis atışmanın məktəb binasının içərisində baş verdiyini təsdiqləyib.
Güllələnən şəxsin vəziyyəti barədə heç bir məlumat verilməyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton