AZ

Mənsum İbrahimov: Arif Babayev hər zaman xalqımızın yaddaşında yaşayacaq VİDEO

Bakı, 9 fevral, Gülay Nəzərova, Vüsal Vidadioğlu, AZƏRTAC

“Arif Babayev hər zaman xalqımızın yaddaşında yaşayacaq. O, həm böyük sənətkar, həm də pedaqoq idi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının layihəsi olan “Teatrın tarixi simaları” çərçivəsində bu gün təşkil olunan tədbir məhz görkəmli sənətkarın zəngin irsinin yaşadılmasına həsr olunub”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

O, keçirilən belə tədbirlərin gənclər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Gənclərimiz görkəmli sənətkarları və teatrın tarixi simalarını tanımalıdır. İstər dünyasını dəyişmiş, istərsə də yaşayan böyük sənətkarlar unudulmamalıdır. Gənclik onları tanımalı və irsini yaşatmalıdır. Bu baxımdan belə layihələr son dərəcə önəmlidir”.

Seçilən
10
2
azertag.az

3Mənbələr