AZ

Məktəbli uşaqlar necə qidalanmalıdır? - Mütəxəssislər açıqlayır

Vaxtlarının böyük hissəsini məktəbdə keçirən uşaqların enerji, protein, vitamin və mineral ehtiyaclarının tam qarşılanmasının vacibliyini vurğulayan mütəxəssislər bildirirlər ki, inkişaf dövründə olan uşaqlar və yeniyetmələrin enerji tələbatı yüksək olur. Düzgün və balanslı qidalanma isə həm fiziki inkişaf, həm də dərsə diqqətin artması baxımından mühüm rol oynayır.

Araşdırmalar göstərir ki, səhər yeməyi yeyən uşaqlar dərslərə daha yaxşı fokuslanır. Lakin mütəxəssislər uşaqlara enerji verməsi məqsədilə şokolad yağları kimi şəkərli məhsulların tövsiyə edilmədiyini bildirirlər. Bunun əvəzinə sağlam alternativlərə üstünlük verilməlidir.

Ölkə.az xəbər verir ki, müətəxssislər bidlirir ki, uşaqlar və yeniyetmələr gündə 3 əsas yemək qəbul etməlidir.

Yay tətilinin başa çatması və yeni tədris ilinin başlaması uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşdırılması üçün yaxşı fürsət hesab olunur. Mütəxəssislərin fikrincə, uşaqların məktəbdə uğur qazanmaq üçün kifayət qədər və balanslı qidalanma əsas şərtlərdən biridir. İnkişaf çağında olan uşaqlar və yeniyetmələr üçün gündə 3 əsas yemək qəbul edilməsi tövsiyə olunur.

Proteinli səhər yeməyi dərsə diqqəti artırır

Qidalanma və Dietologiya üzrə mütəxəssislər bildirir ki, günə pendir və yumurta kimi proteinlə zəngin səhər yeməyi ilə başlamaq qidalanmada "qızıl standart” hesab olunur. Əgər uşaq evdə səhər yeməyi yeməkdə çətinlik çəkirsə, ilk fasilələrdə yeyilə biləcək göyərtili sendviç və ya ev şəraitində tam buğda unundan hazırlanmış pendirli, göyərtili kökələr alternativ kimi seçilə bilər.

Sağlam qəlyanaltılar yaddaşı qoruyur

Mütəxəssislər bildirirlər ki, uşaqlar gün ərzində enerji ehtiyaclarını qarşılamaq üçün 1–2 dəfə ara yemək qəbul edə bilərlər. Lakin seçim uşaqlara buraxıldıqda onlar tez-tez keks, meyvə şirəsi və duzlu qəlyanaltılara üstünlük verirlər. Son illərdə məktəb bufetlərində tətbiq edilən məhdudiyyətlər bu cür məhsulların satışını azaltsa da, valideynlərin diqqətli olması tövsiyə edilir.

Uşaqların enerji ehtiyacını qoz-fındıq, banan, mandarin, alma kimi təzə meyvələr və ya quru meyvələr hesabına qarşılaması həm iştahın, həm də qan şəkərinin daha yaxşı tənzimlənməsinə kömək edir.

Şəkərli və zərərli qidalar yaddaşa mənfi təsir göstərir

Elmi araşdırmalar göstərir ki, şəkərli qəlyanaltılar və çipslər hüceyrə səviyyəsində stressi artırmaqla yanaşı, yaddaşa da mənfi təsir edir. Bu səbəbdən uşaqların qidalanma çantalarında süd və süd məhsulları, qoz-fındıq, quru meyvələr, tam buğda unundan hazırlanmış ev məhsulları, mövsümi meyvə və tərəvəzlər yer almalıdır. Gün ərzində kifayət qədər su qəbulunun da vacibliyi vurğulanır. Mümkünsə, şüşə su qablarından istifadə edilməsi tövsiyə olunur.

Fiziki aktivlik də ən az qidalanma qədər vacibdir

Mütəxəssislər qeyd edirlər ki, uşaqlar gün ərzində əsasən oturaq vəziyyətdə olduqları üçün onların kifayət qədər fiziki aktivlik etməsinə şərait yaradılmalıdır. Məktəbdə sağlam qidalanma təmin edildikdən sonra evdə uşaqların sevdiyi bəzi qidalar məhdud miqdarda menyuya daxil edilə bilər. Bununla yanaşı, tərəvəz, tam taxıl, süd məhsulları və meyvə istehlakı da diqqətdən kənarda qalmamalıdır.

Qeyd olunur ki, gündəlik fiziki aktivlik uşaqların həm məktəb uğuruna, həm də fiziki və zehni inkişafına müsbət təsir göstərir.

Seçilən
23
2
olke.az

3Mənbələr