Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Xüsusilə Azərbaycanla Mərkəzi Asiya, Azərbaycanla Avropa arasında bağlantılara artan marağı da nəzərə alsaq, kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən ölkələrdən biriyik və ya yeganə ölkəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident qeyd edib ki, kəmər inşa etmək çətindir, məsrəflidir və bizim coğrafiyamızda dağlardan keçib, sonra lazım gələndə dənizin dibi ilə çəkmək həqiqətən də böyük çətinlikdir:
“Üstəlik, xüsusilə bir neçə ölkədən keçən, Xəzər dənizindən başlayıb İtaliyada bitən, uzunluğu 3500 kilometr olan kəmər inşa edilirsə, hər kəslə əlaqələriniz, yaxşı əlaqələriniz olmalıdır. Bu geniş regionda belə təcrübəyə ancaq biz malikik. İş onda deyil ki, mən Azərbaycan haqqında yaxşı sözlər deyirəm, bu reallıqdır.
Bir çox ölkələri birləşdirən layihələrdə diplomatiya, bacarıq, təcrübə və artıq nəticələr olmalıdır. Bizim vəziyyətimizdə biz bunların hamısına malikik. Mən əminəm ki, sizin missiyanızın nəticəsi tezliklə praktiki layihələrdə həyata keçəcək. Sözsüz ki, görüşəcəyiniz hökumət üzvləri bizim planlarımızın nədən ibarət olduğu, nələrin işlənmə mərhələsində olduğu barədə sizə daha ətraflı məlumat verəcəklər. Düşünürəm ki, bu cür missiyalar mütəmadi olaraq baş tutmalıdır. Yenidən Amerikaya səfər edəndə sizinlə görüşməyə hazıram. Həmçinin yenilənmiş məlumatları almaq və daha hansı işləri görə biləcəyimizə nəzər salmaq üçün sizdən buraya azı ildə bir dəfə gəlməyinizi xahiş edirəm”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.