ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
TRİPP marşrutu çərçivəsində Ermənistan-Türkiyə əlaqələrinin nizamlanması prosesinin məntiqi şəkildə başa çatdırılması, o cümlədən Gümrü–Qars dəmir yolunun açılması da mühüm əhəmiyyət daşıyır.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə birgə keçirilən mətbuat konfransında bildirib.
“Biz ikitərəfli münasibətlərdə, o cümlədən süni intellekt və innovativ texnologiyalar sahəsində əldə olunan əhəmiyyətli nailiyyətləri də birgə qeyd etdik. Məmnunluqla vurğulayıram ki, 8 avqust tarixində Ermənistan və ABŞ arasında yarımkeçiricilər və süni intellekt sahəsində imzalanmış memorandum sayəsində iri miqyaslı bir layihə — “Firebird” şirkəti tərəfindən Ermənistanda süni intellekt fabriki və məlumat mərkəzinin inşası həyata keçiriləcək.
Bu baxımdan onu da xüsusi qeyd etmək lazımdır ki, NVİDİA şirkətinin yüksək məhsuldarlıqlı çiplərinin Ermənistana növbəti partiyasının ixracı təsdiqlənib.
Ümid edirəm ki, Ermənistan və ABŞ arasında yüksək texnologiyalar sahəsində sıx və şəffaf əməkdaşlıq hər iki ölkənin şirkətləri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına və möhkəmlənməsinə imkan verəcək”, — deyə Paşinyan qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.