AZ

​İsrail Prezidentinin səfəri etirazla qarşılandı

İsrail Prezidenti İsaak Hersoq 15 nəfərin ölümünə səbəb olan hücumun qurbanlarını anmaq üçün Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərinə səfər edib.Metbuat.az xəbər verir ki, Hersoqun səfəri ölkə miqyasında etirazlara səbəb olub. Hersoqun səfərinə etiraz etmək üçün paytaxt Kanberradakı Qarema meydanında etiraz aksiyası keçirilib. Sidney də etirazlara səhnə olub. Minlərlə nümayişçi bayraqlar və pankartlar daşıyaraq şəhər meriyasının qarşısına toplaşıb və Hersoqun səfərinə etiraz ediblər.

Qeyd edək ki, 3 ay əvvəl Bondi çimərliyində baş verən hücum zamanı 15 nəfər həlak olub.

Seçilən
49
1
metbuat.az

2Mənbələr