AZ

“O vaxtdan bəri Vaşinqtona 4 nümayəndə heyəti göndərdim”

“Digər tərəfdən, keçən ilin avqust ayında Vaşinqtonda mənim Prezident Trampla görüşümdən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz də təbiidir”.

"Cebheinfo.az"  xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Keçən ilin avqust ayında biz Prezident Trampla Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə sənədi imzaladıq və burada xüsusi bəndlər var. O vaxtdan bəri mən ticarət, iqtisadiyyat, investisiyalar, enerji, süni intellekt, müdafiə sənayesində əməkdaşlıq və digər sahələri müzakirə etmək üçün Vaşinqtona hökuməti təmsil edən dörd nümayəndə heyətini göndərdim. Hökumət rəsmiləri arasında çoxsaylı təmaslar olmuşdur və mənim Prezident Trampla sonuncu görüşüm keçən ay Davosda oldu, baxmayaraq ki, onun qrafiki çox sıx idi və o, çox qısa müddətlik orada idi. Onun Azərbaycan Prezidenti ilə görüşməsi bir daha bizə və bütün regiona bu münasibətlərin bizim üçün necə də önəmli və onların necə də mehriban olduğunu nümayiş etdirir.

Beləliklə, enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var və yeri gəlmişkən, siz bizim hökuməti təmsil edən nümayəndə heyətlərinin birinin səfəri zamanı bu barədə qeydlərinizi bildirdiniz. Rabitə, süni intellekt, data mərkəzlərinin yaradılması sahəsində fəaliyyət göstərən şirkətlərlə geniş bir görüş oldu. İndi bu, bizim üçün prioritet məsələlərdən biridir. Hesab edirəm ki, bizim çoxlu üstünlüklərimiz var”, - deyə Prezident qeyd edib.

"Cebheinfo.az" 

Seçilən
35
5
cebheinfo.az

6Mənbələr