AZ

"Barselona"nın zədli futbolçularından xəbər var

"Barselona"nın futbolçuları Pedri və Qavi zədələrini sağaltmaq üzrədirlər.

Sportal.az xəbər verir ki, hər iki yarımmüdafiəçi yaxın zamanda yaşıl meydanlara qayıdacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

Qavinin növbəti həftə məşqlərə başlayacağı gözlənilir. Pedri isə ayın sonunda kollektivə qoşulacaq.

Qeyd edək ki, uzun müddətdir zədəli olan Qavi bu mövsüm cəmi 2 oyunda meydanda olub və 1 qol ötürməsi ilə yadda qalıb. Pedri Kataloniya təmsilçisinin heyətində 25 matç keçirib. 23 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 2 qol vurub, 8 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Seçilən
48
2
sportal.az

3Mənbələr