AZ

Fransa klubunun baş məşqçisi istefaya göndərildi – RƏSMİ

Fransanın “Renn” klubunun baş məşqçisi Həbib Bey istefaya göndərilib. Msport.az xəbər verir ki, komandanın rəsmi saytı bu barədə məlumat yayıb.

48 yaşlı mütəxəssisin köməkçiləri ilə də müqaviləyə xitam verilib.

Müvəqqəti olaraq komanda Sebastyan Tambureyə tapşırılıb.

Qeyd edək ki, “Renn” Liqa-1-də “Monako”ya 0:4, ölkə kubokunda isə “Marsel”ə 0:3 hesabı ilə uduzub. “Qırmızı-qaralar” ötən turda isə “Lans”a məğlub olublar – 1:3.

31 xalı olan “Renn” turnir cədvəlində 6-cı yeri tutur.

Seçilən
45
msport.az

1Mənbələr