AZ

Regionda nüvə silahı ortaya çıxsa, Türkiyə nüvə yarışına qoşulmağa məcbur olacaq -Hakan Fidan

Türkiyə Xarici İşlər naziri Hakan Fidan bildirib ki, əgər regionda hansısa ölkədə nüvə silahı (NS) peyda olarsa, Türkiyənin də nüvə silahları yarışına qoşulması qaçılmaz ola bilər. Bu barədə o, İranın nüvə silahına malik olma ehtimalı ilə bağlı sualı şərh edərkən söyləyib.

“Bu məsələni ümumi strateji kontekstdə nəzərdən keçirmək lazımdır. Düzünü desəm, biz regionda mövcud qüvvə balansını poza biləcək dramatik dəyişikliklər görmək istəmirik. Məsələn, İrana qarşı problemləri olan ölkələr nüvə silahına sahib olmağa çalışa bilər və biz də ehtimal ki, istəmədən bu yarışa qoşulmaq məcburiyyətində qalacağıq. Buna görə də düşünmürəm ki, bu, region üçün çox faydalı olar”, – Fidan CNN Türk telekanalına müsahibəsində deyib.

Veriliş aparıcısının Türkiyənin nüvə silahına malik olmaq istəyə biləcəyi barədə birbaşa sualına isə nazir səssiz qalaraq gülümsəyib.

Xədicə BAXIŞLI

Seçilən
19
1
redaktor.az

2Mənbələr