AZ

"Əl-Camaa əl-İslamiyyə" partiyası rəhbəri İsrail xüsusi təyyinatlıları tərəfindən qaçırılıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Livanın "Əl-Camaa əl-İslamiyyə" partiyası İsrail hərbçilərini ölkənin cənubunda həyata keçirilən reyd zamanı öz rəhbərlərindən birini qaçırmaqda ittiham edib. Hadisə bazar ertəsi günü Hasbayya rayonunda baş verib.

TurkicWorld xəbər verir ki, partiyanın rəsmi bəyanatına görə, İsrail xüsusi təyinatlıları səhər saatlarında əl-Habbariyə kəndinin keçmiş meri və partiyanın yüksək rütbəli rəsmisi Atvi Atvini öz evindən qaçıraraq naməlum istiqamətə aparıblar. İsrail Ordusu faktı təsdiqləyərək bildirib ki, kəşfiyyat məlumatları əsasında keçirilən "hədəfli reyd" nəticəsində "yüksək rütbəli terrorçu" ələ keçirilib və dindirilmək üçün İsrail ərazisinə gətirilib.

Livanın "Hizbullah" hərəkatı da baş verənləri kəskin pisləyərək, bunu "İsrail təcavüzünün yeni və təhlükəli mərhələsi" adlandırıb. Qeyd edək ki, 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livanın cənubunda hərbi əməliyyatlarını davam etdirir. Eyni zamanda, bazar ertəsi günü Sur şəhəri yaxınlığında İsrailin hava zərbəsi nəticəsində "Hizbullah"ın artilleriya rəhbəri olduğu iddia edilən şəxslə yanaşı, bir təhlükəsizlik əməkdaşı və onun üç yaşlı övladı da həlak olub.

Seçilən
39
turkic.world

1Mənbələr