AZ

Məhvetmə üsulları, çoxalan qaz kameraları Nasistlər düşərgələri haqqında yeni faktlar

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) nasistlərin müxtəlif həbs düşərgələrində qeydə alınan cinayətləri ilə bağlı sənədləri məxfilikdən çıxarıb.

Ölkə.az xəbər verir ki, sənədlərdə öncə nasist ölüm düşərgəsi Treblinkadan danışılıb. Qeyd olunub ki, düşərgə mövcud olduğu müddətdə gündə 60-70 vaqon məhbus qəbul edib.

Keçmiş məhbus Brener Heynekin ifadəsindən sitatlar: “Treblinkanın bütün mövcudluğu dövründə - 1942-ci ilin iyulundan 1943-cü ilin avqustuna qədər sərnişin daşıyan qatarlar fasiləsiz olaraq ora gedib. Düşərgəyə hər gün 60-70 vaqon yəhudi gətirilirdi. Gün ərzində uşaqların və böyüklərin qışqırıqları və fəryadları eşidilirdi”.

Treblinkadakı polyak və yəhudi düşərgələrində almanların törətdiyi vəhşiliklər barədə şahid ifadələrinə görə, hər daşımada 6000 nəfər olub. Düşərgədə bir gündə 5000 nəfər öldürülüb. Qalan 1000 çılpaq insan isə zorakılığa və işgəncəyə məruz qalıb.

Qeyd olunub ki, Qərbi Avropadan Treblinka II-yə gələn qatarların zahiri görünüşü sərnişinlərin sonradan nələr yaşayacağını büruzə verməyib. Sərnişinlər silahlı mühafizəçilər olmadan, adi qatar heyəti ilə səyahət ediblər, qatarda yataq və restoran vaqonları olub və gələcək qurbanlar, çox vaxt bütöv ailələr, sanki adi səyahətə gedirmiş kimi, özləri ilə böyük çamadanlar və ərzaq aparıblar.

65-ci ordunun hərbi prokurorluğunun 27 sentyabr 1944-cü ildə almanların cinayəti ilə bağlı apardığı istintaqda qeyd olunub: “Düşərgənin özünə dəmiryol xətti çəkilib və qatarlarla gələn məhbuslar tranzit stansiyası görünüşünü yaradan panorama ilə qarşılaşıblar: platforma, "Bialystok şəhərinə", "Volkovıska", "Bilet kassası", "Telefon-Teleqraf", "Qatar cədvəli" və s. yazılan lövhələr. Bütün bu saxtakarlıqla almanlar dizaynı və funksiyası baxımından nəhəng olan bu müəssisənin əsl məqsədini gizlətməyə çalışırdılar”.

Materiallarda Treblinkadakı ölüm düşərgəsinin üç zonadan ibarət olduğu göstərilib: yaşayış, qəbul və məhvetmə zonaları. Sonuncu əvvəlcə üç qaz kamerası olan kərpic binadan ibarət olsa da, daha sonra on kamera əlavə edilib. Hamamın girişinin qarşısındakı xüsusi bölmədə bərbərlər və həkimlər oturublar. Bəziləri qadınların saçlarını qırxıb, digərləri isə əllərində kəlbətinlə hər kəsin ağzını yoxlayıb və qızıl dişlərini çıxarıblar.

İnsanlar zorla “hamam”a salınıb, qapı dəmir boltla möhkəm bağlanıb, unterşarfyurer siqnal verdikdən sonra “hamam xidmətçisi” ölüm maşınını işə salıb. Əvvəlcə “hamam”lara 1200 nəfər yerləşə bilib. Bu tutum almanları qane etməyib və onlar tez bir zamanda mövcud olandan üç dəfə böyük məkan tikiblər. On dəqiqə sonra “hamam”ın içindəki insanlar dəhşətli əzab içində ölüblər.Sənədlərdə Auşvitz həbs düşərgəsindən də yazılıb. Qeyd olunub ki, 1943-cü ilin yayında Birkenauda dörd krematoriya qazlaşdırma kompleksi istifadəyə verilib. Nəticədə düşərgənin məhvetmə gücü nəhəng, həqiqətən sənaye miqyasına çatıb. Onların ümumi gücü gündə 4400 nəfərə qədər insanın yandırılmasına imkan verib. Öldürmə texnologiyası “Siklon-B” pestisidinin istifadəsinə əsaslanıb. Onun qranulları havaya buraxıldıqda ölümcül qaz ətrafa yayılıb. Nasistlər ilk dəfə bunu 1941-ci ilin sentyabrında Auşvitzdə 11-ci blokun zirzəmisində sınaqdan keçiriblər və orada 850 nəfər öldürülüb.

Məxfilikdən çıxarılan növbəti sənəddə yazılıb ki, Ukrayna SSR-in Xmelnitski bölgəsindəki Slavuta şəhəri Vermaxtın gəlişi ilə “ölüm fabriki”nə çevrilib.

SSRİ Xalq Daxili İşlər Komissarlığının bölmə rəisinin Darnitsa düşərgəsindəki hərbi əsirlərin vəziyyəti barədə 24 noyabr 1942-ci il tarixli arayışında deyilir:

“Bir vaxtlar çiçəklənən Ukrayna şəhəri olan Slavuta, nasist işğalçıları tərəfindən mərkəzi həbs düşərgəsinə çevrilib. Bu cəhənnəmə girənləri iki yol gözləyib: məzar və ya alman düşərgələrində məcburi əmək. Orada nasistlər tərəfindən 120 000-dən çox şəxs - hərbi əsirlər və mülki şəxslər öldürülüb, işgəncəyə məruz qalıb və ya şikəst edilib”.

Vurğulanıb ki, 1941-ci ilin sonuna qədər Darnitsa düşərgəsində saxlanılan hərbi əsirlərin sayı 40.000-ə çatıb. 1942-ci ilin avqust ayında onların sayı 8.000-10.000 arası olub. Etnik tərkib baxımından, 1941-ci ilin payızında Darnitsa düşərgəsində saxlanılan hərbi əsirlərin 70%-ə qədəri ukraynalı olub. 1942-ci ilin avqust ayına qədər düşərgənin təxminən 40%-ni ruslar və belaruslar, 40%-ni ukraynalılar, qalan 20%-ni isə müxtəlif millətlərdən olanlar təşkil edib.(musavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
olke.az

3Mənbələr