AZ

Təcili silahlanmaq lazımdır, hər kəs hazır olsun! Ruqiniene

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Litva Avropa ölkələrinin silahlı qüvvələrinin gücləndirilməsini əsas prioritet kimi qiymətləndirir və regionun ABŞ-ın dəstəyinə tam etibar edə bilməyəcəyi ssenariyə hazırlaşmasının vacibliyini vurğulayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri Litvanın Baş naziri İnqa Ruqinienenin açıqlamasına istinadən məlumat yayıb.

Ruqiniene bildirib ki, Avropa İttifaqının təhlükəsizlik potensialının artırılmasına ehtiyac var. Onun sözlərinə görə, Avropa ölkələri gələcəkdə dəyişə biləcək geosiyasi şəraitə hazır olmalıdırlar.

“Gələcəkdə nələrin baş verə biləcəyini dəqiq bilmək mümkün deyil. Buna görə də əsas prioritet Avropa İttifaqının gücləndirilməsi olmalıdır. Hətta təcili surətdə silahlanmalıyıq. Hər kəs buna hazır olmalıdır. Söhbət ayrı-ayrı ölkələrin deyil, vahid Avropa silahlı qüvvələrinin formalaşdırılmasından gedir”, – deyə Litvanın Baş naziri qeyd edib.

Xatırladaq ki, daha əvvəl NATO ölkələrinin iştirak etdiyi və Rusiyanın Litvaya mümkün hücum ssenarisinin simulyasiya edildiyi təlimlər keçirilib. Məlumata görə, həmin təlimlərdə Almaniya nümayəndələri, eləcə də NATO-nun bir sıra keçmiş yüksək vəzifəli rəsmiləri, qanunvericilər və təhlükəsizlik üzrə ekspertlər iştirak ediblər.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
globalinfo.az

2Mənbələr