ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Tramp marşrutu" layihəsi (TRIPP) tranziti və ticarəti blokdan çıxarmaqla Cənubi Qafqaz regionuna əhəmiyyətli iqtisadi mənfəət gətirəcək".
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib.
"Bildiyiniz kimi, TRIPP regiona tarixi dəyişikliklər gətirəcək. Mən, həmçinin fəxrlə "TRIPP Enterprise Fund" haqqında məlumat vermək istəyirəm. TRIPP fondu vasitəsilə Ermənistana böyük həcmdə özəl kapital yönləndiriləcək", - deyə o qeyd edib.
ABŞ vitse-prezidentinin sözlərinə görə, layihə ticarət, tranzit və enerji axınları üçün yeni imkanlar açacaq, region ölkələri arasında görünməmiş əlaqələr yaradacaq və uzunmüddətli sülh üçün mühüm addım olacaq.
"Qarşılıqlı əlaqəli iqtisadiyyatlar və enerji sektorları yaradıldıqda regionda davamlı sülh imkanı yaranır", - deyə Vens vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.