AZ

Polşada iki ukraynalı qadın döyüldü

BAKI, 9 fevral. TELEQRAF

Polşanın Pruşkov şəhərində Ukrayna vətəndaşı olan iki qadın döyülüb.

Teleqraf xəbər verir ki, bu barədə "RMF24" radiosu məlumat yayıb.

Polis hücumda iştirak edən dörd şübhəlini saxlayıb.

"Hadisə həftəsonu baş verib, bundan sonra zərərçəkənlər xəstəxanaya aparılıblar. Hücum edənlərin taxta dəyənək və göz yaşartıcı qazdan istifadə etdiyi iddia edilir", - deyə açıqlamada bildirilir.

Jurnalistlərin sözlərinə görə, hücum iqri xarakter daşıyıb. Polis şübhəlilərin qadınların Ukraynaya qayıtmasını tələb etdikləri barədə məlumatlar alıb. Hadisədən əvvəl saxlanılanlar küçə ilə gəzərək yaşayış binalarının pəncərələrini sındırıblar.

Ötən ilin dekabr ayında Polşanın Qdinya şəhərində yerli bir kişi mağaza satıcısı işləyən ukraynalı qadına hücum etmişdi. Kişi ukraynalı qadını öldürməklə hədələmişdi.

Seçilən
55
teleqraf.com

1Mənbələr