AZ

Belousov KTMT-nin baş katibi ilə təhlükəsizlik məsələlərini müzakirə etdi

Rusiyanın müdafiə naziri Andrey Belousov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Taalatbek Masadıykov ilə danışıqlar aparıb.

Görüş zamanı təşkilatın fəaliyyəti ilə bağlı əsas məsələlər müzakirə olunub.

NOCOMMENT.az xəbər verir ki, tərəflər görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının böhranlara reaksiya sisteminin yaradılması və təkmilləşdirilməsi, həmçinin kollektiv qüvvələrin formalaşdırılması məsələlərinə xüsusi diqqət ayırıblar.

Belousov bildirib ki, KTMT-nin fəaliyyəti dövründə təşkilatın hərbi potensialının inkişafı istiqamətində mühüm işlər görülüb. Onun sözlərinə görə, mövcud mürəkkəb hərbi-siyasi şəraitdə yaranan çağırışlara və təhlükələrə hazır olmaq üçün bu istiqamətdə səylər davam etdirilməlidir.

Rusiya müdafiə naziri Taalatbek Masadıykovu baş katib vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyətinin KTMT-nin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə, həmçinin Rusiyanın 2026-cı ildə KTMT-yə sədrliyi çərçivəsində prioritetlərin həyata keçirilməsi ilə bağlı yanaşmalar nəzərdən keçirilib. Bununla yanaşı, kollektiv qüvvələrin inkişafı, hərbi təhsil sahəsində əməkdaşlıq, eləcə də birgə əməliyyat və döyüş hazırlığı tədbirlərinin təşkili məsələləri müzakirə olunub.

Sara

Seçilən
55
nocomment.az

1Mənbələr