Bakı. Trend:
ABŞ ordusu Hind okeanında onun sanksiyalarını pozması iddiaolunan bir tankeri saxlayıb.
Trend xəbər verirki, bu barədə Pentaqondan məlumat verilib. Bildirilib ki, BirləşmişŞtatların hərbi qüvvələri Hind-Sakit okean Komandanlığınınməsuliyyət zonasında “Aquila II” adlı tankeri heç bir toqquşma başvermədən ələ keçirib.
Məlumata görə, tanker Karib dənizində sanksiya tətbiq ediləngəmilər üçün qüvvədə olan karantin qaydalarını pozmaqda şübhəlibilinir.
Qeyd olunur ki, ABŞ silahlı qüvvələri tankeri Karib dənizindənHind okeanına doğru hərəkəti zamanı izləyərək təqib edib.Saxlanılan gəminin hansı ölkəyə məxsus olduğu barədə isə ətraflıməlumat açıqlanmayıb.