AZ

Aİ bəzi limanlara və 42 tankerə qarşı sanksiyalar hazırlayır

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketi çərçivəsində 42 tankeri qara siyahıya salmağı və ilk dəfə olaraq üçüncü ölkələrin - İndoneziya və Gürcüstanın limanlarına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, söhbət Gürcüstandakı Kulevi terminalı və İndoneziyadakı Karimun limanından gedir.Bundan əlavə, Aİ Tacikistan, Laos və Qırğızıstandan olan banklara qarşı sanksiyalar tətbiq etməyi, eyni zamanda iki Çin bankına qarşı sanksiyaları ləğv etməyi nəzərdə tutur.

Avropa Komissiyası daha əvvəl bəyan edib ki, 20-ci sanksiyalar paketində ilk dəfə olaraq Rusiya neftinin dəniz yolu ilə daşınması ilə bağlı bütün əməliyyatlara tam qadağa tətbiq etməyə cəhd göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
4
apa.az

5Mənbələr