
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İrəvanda ABŞ vitse-prezidenti Cey Di Vensi qəbul edib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Xaçaturyan regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və ABŞ Prezidenti Donald Trampın İrəvanla Bakı arasında sülh prosesinə böyük töhfəsini qeyd edib.
Həmçinin vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə kömək edir.