AZ

Ermənistan Prezidenti Cey Di Venslə görüşüb

Ermənistan

Ermənistan Prezidenti Vaaqn Xaçatryan rəsmi səfərlə İrəvana gələn ABŞ-ın vitse-prezidenti Cey Di Venslə görüş keçirib.

Bu barədə "Armenpress" agentliyi Ermənistan prezidentinin aparatının ictimaiyyətlə əlaqələr idarəsinə istinadla məlumat yayıb.

Məlumata görə, Vaaqn Xaçatryan ABŞ vitse-prezidentinin səfərini alqışlayaraq bunun Ermənistanla ABŞ arasında münasibətlərin yüksək səviyyəsini əks etdirdiyini bildirib.

Prezident regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və bu kontekstdə ABŞ prezidenti Donald Trampın rolunu qeyd edib.

Görüşdə, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyi bildirilib.

Seçilən
10
9
xalqcebhesi.az

10Mənbələr