AZ

''Şəki-Qala'' restoranının işçiləri maaşlarını ala bilmirlərVİDEO

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki ''Şəki-Qala'' restoranında işləmiş şəxslər üç aydır maaşlarını ala bilmədiklərini deyirlər.

''Xəzər Xəbər''ə müraciət edən həmin qadınlar iddia edirlər ki, işlədikləri restorandan ötən ilin dekabr ayından bu günə qədər əməkhaqlarını ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, Solmaz Həsənov restoranda təmizlik işlərinə baxıb. Qadın deyir ki, 1000 manatdan çox alacağı var ki, restoran rəhbərliyi vermir.

İddialara aydınlıq gətirmək üçün biz də restorana getdik. Özünü direktor kimi təqdim edən Vüsal Şirinov problemin 10 gün ərzində həll ediləcəyini bildirdi.

Vüsal Şirinov onu da əlavə etdi ki, qadınların alacaqları hesablanacaq və məbləğ tam olaraq ödəniləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
13
1
xezerxeber.az

2Mənbələr