AZ

Dələduzların yeni üsulu - Bu yolla telefondakı məlumat ələ keçirilə bilər

Kafe, hava limanı və ya ticarət mərkəzlərində telefonun rahat şəkildə enerji yığması bəzən batareyanın dolması ilə deyil, şəxsi məlumatların tam itirilməsi ilə nəticələnə bilər.

Far.Az-in məlumtına görə, söhbət parollar, fotolar və yazışmalar daxil olmaqla bütün məlumatların ələ keçirilməsindən gedir.

USB-kabel həm enerji ötürülməsi, həm də məlumat mübadiləsi üçün istifadə olunur. Əgər açıq istifadə üçün nəzərdə tutulan port və ya kabel kibercinayətkarlar tərəfindən dəyişdirilibsə, o, telefonu sadəcə yükləmək əvəzinə cihazla əlaqə qurmağa cəhd göstərə bilər.

Bu halda hakerlər telefona zərərli proqram yükləyə, faylları, kontaktları, SMS-ləri və istifadəçi hesabı məlumatlarını gizli şəkildə köçürə bilərlər.

Mütəxəssislərin fikrincə, müasir əməliyyat sistemləri adətən yeni USB qurğu qoşulduqda məlumat ötürülməsinə icazə üçün istifadəçidən təsdiq istəyir. İcazə verilməyənədək port yalnız enerji yığma rejimində işləməlidir. Lakin bu qorumanı keçə bilən yeni hücum üsulları mövcuddur. Məsələn, "ağıllı" şarj stansiyası klaviatura qoşulmasını təqlid edərək girişi özü təsdiqləyə bilər. Bu isə xüsusilə Android əməliyyat sistemli zəif qorunan cihazlarda mümkündür.

Bu cür risklərdən tam qorunmaq üçün USB məlumat bloklayıcısı adlanan xüsusi fiziki adapterdən istifadə etmək tövsiyə edilir. Kiçik ölçülü bu qurğu telefonla ictimai USB portu arasında baryer rolunu oynayır. Adapter yalnız elektrik enerjisinin ötürülməsinə icazə verir, məlumat ötürülməsi üçün nəzərdə tutulan kontaktları isə tamamilə bloklayır və hücum riskini minimuma endirir.

Seçilən
12
1
far.az

2Mənbələr