ain.az, Footbal-plus saytına istinadən bildirir.
İndiyə qədər ölkəmizə çoxlu türkiyəli futbolçu gəlib-gedib. Vallah, Oktay Dərəlioğlunu çıxsam, yaddaşımda xüsusi iz buraxan biri yoxdu. Və indi yeni türk gəlir. Qarşılayın, “Zirə” cari mövsümə “Veres”də başlayan, üç gündən sonra 23 yaşını tamamlayacaq Ərəni heyətinə qatıb. “Qartallar” onu “Qalatasaray”ın yetirməsi kimi təqdim etsə də, bu klubun əsas komandasında bir oyun da keçirməyib. “Transfermarkt” dəyəri 400 min avro olan Ərən təkcə mərkəz hücumçusu yox, sol və sağ cinah vingeri kimi də oynaya bilir. Ukrayna çempionatının cari mövsümündə 9 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyənin U-19 yığmasında 11 oyuna 1, gənclər yığmasında 5 oyuna 1 qolu var."Zirə" türkiyəli futbolçu ilə qısamüddətli - iyunun 30-na qədər müqavilə bağlayıb. Bu isə o deməkdi ki, Rəşad Sadıqov da transferin risk xarakteri daşımasının fərdindədi, Əmrənin potensialına tam əmin deyil. Hər halda, xeyirli-uğurlu olsun!ORXAN
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.