BAKI, 9 fevral. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 7-də və 8-də ümumi çəkisi 44,6 kiloqrama yaxın narkotik vasitə və 130 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.