AZ

İtaliyada bir həftə ərzində rekord sayda alpinist və xizəkçi həlak olub

Bakı. Trend:

İtaliya dağlarında bir həftə ərzində 13 alpinist, xizəkçi vəyürüşçü həlak olub. Onlardan 10-u qar uçqunları nəticəsindəhəyatını itirib. Bu hadisələr Qış Olimpiya yarışlarının startgötürdüyü vaxta təsadüf edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Son qar çovğunları zamanı yağan təzə qar Fransa, İsveçrə vəAvstriya sərhədləri boyunca uzanan bütün Alp qövsü ərazisindəxüsusilə təhlükəli şərait yaradıb.

“Belə şəraitdə təkcə bir xizəkçinin keçidi və ya qarın özağırlığından yaranan təbii yüklənmə belə, qar uçqununa səbəb olabilər,” – deyə İtaliya Alp Xilasetmə Korpusunun sözçüsü FederikoKataniya bildirib.

Qar uçqunları nəticəsində baş verən ölümlər nəzarətdə saxlanılanolimpiya məkanlarından kənarda qeydə alınıb.

“İdarə olunan xizək kurortlarında xizək sürən insanlar üçün heçbir təhlükə yoxdur və xüsusilə olimpiya obyektləri üçün risk mövcuddeyil,” – deyə Kataniya vurğulayıb.

Seçilən
21
az.trend.az

1Mənbələr