AZ

Konstantin Zatulin və onun Cənubi Qafqazın gələcəyi ilə müharibəsi VİDEO

Moderator.az saytına istinadən ain.az xəbər verir.

"Ermənistan və Azərbaycan finiş xəttinə, yəni hüquqi cəhətdən rəsmiləşdirilmiş sülhə yaxınlaşdıqca Cənubi Qafqazda müharibə və düşmənçiliyin birdəfəlik keçmişdə qalmasını istəməyən qüvvələrin (həm Ermənistan daxilində, həm də xaricdə) isterik çıxışları daha da güclənir. Gərginliyin artmasına və kəskin ritorikaya daha bir mühüm amil də təsir edir: Ermənistanda yaxınlaşan seçki. Bu seçki ölkənin ən azı növbəti beş il üçün strateji kursunu müəyyən edəcək. Əgər onların erməni xalqı üçün taleyüklü xarakterini də nəzərə alsaq, tam əsasla demək olar ki, bu, ölkədə gedən hazırkı siyasi proseslərin geridönməz olacağı, imperiya ilə əlaqələrin qırılması isə qəti və birdəfəlik başa çatacağı kritik bir həddir".

Moderator.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetində bildirilir.

"Bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin son çıxışlarından da asanlıqla görmək olar. O, açıq şəkildə həm Ermənistana, həm də Azərbaycana Ukraynada müharibə başa çatdıqdan sonra araşdırma aparılacağı ilə hədələr səsləndirib, həmçinin Bakıda bir neçə gün əvvəl hərbi cinayətlərdə təqsirli bilinən Ermənistan vətəndaşları barədə çıxarılan hökmlərlə bağlı Azərbaycanın ünvanına yenə kobud və nalayiq ifadələr işlədib.

Konstantin Zatulini ölkəmizdə tarix səhnəsindən silinmiş "miatsum" ideyasının fəal tərəfdarı kimi tanıyırlar. Onun düşmən xarakterli bəyanatlarına görə bir sıra ölkələrə girişinə qadağa qoyulub və maraqlıdır ki, bu siyahıya artıq Ermənistan da daxildir - halbuki hələ yaxın vaxtlara qədər ona orada müxtəlif ordenlər təqdim edilirdi. Bəli, "MDB Ölkələri İnstitutu"nun rəhbəri üçün "əla" göstəricidir" , - deyə materialda vurğulanır.

Bu barədə daha ətraflı videomaterialda:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
1
moderator.az

2Mənbələr