AZ

Ağcabədidə ana övladına ağır xəsarət yetirənlərin cəzalandırılmasını istəyir

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ağcabədi rayonunda ana övladına ağır xəsarət yetirənlərlə bağlı tədbir görülməsini istəyir.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, fevralın 4-də rayonunun Aşağı Avşar kəndində çoxsaylı bıçaq xəsarəti alan azyaşlının anası Əsmər Bəşirova bildirib ki, ciddi xəsarət almasına baxmayaraq, hadisəni törədən şəxslər və ya yaxınları hələ də onlardan üzr üstəməyiblər.

O bildirib ki, nə özünün, nə də həyat yoldaşının heç kimlə düşmənçiliyi yoxdur. O, hadisənin məqsədyönlü olmadığını bildirib:

“Artıq 5 gündür övladım bu vəziyyətdədir. Amma heç kim gəlib maraqlanmayıb. Mən dövlətimizdən, böyüklərimizdən xahiş edirəm ki, bu hadisəni kim edib, üzə çıxarsın. Mənim 4 övladım var. Evdən səhər çıxırıq, gecə gəlirik, uşaqlarımızı tək buraxa bilmirik. Övladım ağır xəsarət alıb, qan içində çabalayır, bu günə qədər heç kim üzrxahlıq etməyib”.

Ana həmçinin hadisənin günahkarlarının üzə çıxmasını və məsuliyyətə cəlb olunmasını tələb edir.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, fevralın 4-də Ağcabədi rayonunda 7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sherg.az

2Mənbələr