AZ

İlham Əliyev və mən birgə məktubla... Paşinyan

ain.az, Axar.az saytına istinadən bildirir.

ABŞ-ın vitse-prezidentinin səfəri Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kimi misli görünməmiş reallıqlar kontekstində baş verir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi görüşə görə, ona və ABŞ Prezidenti Donald Trampa minnətdarlığını bildirib.

“Prezident Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu. Vaşinqton Sülh Sammitindən sonra Prezident İlham Əliyev və mən birgə məktubla Prezident Trampı Nobel Sülh Mükafatına namizəd göstərdik və ümid edirəm ki, Prezident 2026-cı ildə bu mükafatı alacaq. Vitse-prezident Vensin səfəri sülh və Ermənistan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsində mühüm addımdır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
7
axar.az

8Mənbələr