AZ

Qobustanda “Şeyx lounge” kül oldu – VİDEO – YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov saytımıza açıqlamasında bildirdi ki, qeyd olunan iaşə obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub.

Yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən olunaraq saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

***

Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Şeyx Lounge” kafe-restoran yanıb.

NOCOMMENT.az xəbər verir ki, alışma nəticəsində kafe tamamilə yanıb.

Güclü yanğın səbəbindən ətrafı güclü tüstü qatı bürüyüb.

Məlumata əsasən yanğın nəticəsində xəsarət alan olmayıb, amma kafe tamamilə yararsız hala düşüb.

Videonu təqdim edirik:

 

 

View this post on Instagram

 

A post shared by Qaradağ.Qobustan (@_qobustan)

Sara

Seçilən
46
nocomment.az

1Mənbələr