AZ

İran yeni silahların açıq nümayişini dayandırdı

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

İranda yeni hazırlanmış silahların ictimaiyyətə açıq şəkildə nümayişi təhlükəsizlik səbəblərinə görə müvəqqəti olaraq dayandırılıb.

“Qafqazinfo” “Iran İnternational”a istinadən xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Talayinik bildirib. 

Qeyd olunub ki, qərar mümkün təhlükəsizlik risklərinin qarşısını almaq məqsədi daşıyır.

Buna baxmayaraq, Talayinik vurğulayıb ki, İran mikroelektronika, süni intellekt və kibertəhlükəsizlik sahələrində hərbi texnologiyaların inkişafı üzrə işlərini davam etdirir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
cebheinfo.az

4Mənbələr