Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında vizasız gediş-gəlişi nəzərdə tutan sazişin bu ilin ikinci yarısında qüvvəyə minməsi gözlənilir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya sənaye və ticarət naziri Anton Alixanov jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, saziş ötən ilin dekabr ayında imzalanıb. “Bütün prosedurlar və ratifikasiya prosesləri nəzərə alınmaqla, ümid edirik ki, sənəd bu ilin ortalarında və ya ikinci yarısında tam şəkildə işləməyə başlayacaq”, – deyə Alixanov Səudiyyə Ərəbistanında keçirilən Innoprom sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Vizasız rejimin tətbiqi iki ölkə arasında iqtisadi, ticarət və turizm əlaqələrinin genişlənməsinə töhfə verəcək. Xüsusilə biznes nümayəndələrinin və investorların qarşılıqlı səfərlərinin asanlaşacağı gözlənilir.
Bu addım, həmçinin Rusiya ilə Səudiyyə Ərəbistanı arasında sənaye əməkdaşlığının daha da dərinləşməsinə şərait yarada bilər.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.