Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Android" əməliyyat sistemi ilə işləyən smartfonların 40%-dən çoxu - milyardlarla cihaz - istifadə üçün təhlükəli hesab edilir.
Redaktor.az xəbər verir ki, bu haqda "Forbes" nəşrinin jurnalistləri Google tərəfindən yayımlanan Android paylanma diaqramına istinadla məlumat yayımlayıblar.
Hazırda ən müasir əməliyyat sistemi olan “Android 16” yalnız 7,5% smartfonlarda quraşdırılıb. Eyni zamanda “Android 15” 19,3%, “Android 14” 17,9% və “Android 13” 13,9% cihazlarda istifadə olunur. Forbes vurğulayıb ki, yalnız bu dörd sistem Google tərəfindən dəstəklənir.
Materialda qeyd olunur ki, Android cihazlarının yalnız 58%-i yeniliklər və təhlükəsizlik yeniləmələrini ala bilir. “40% - bir milyarddan çox istifadəçi yeni hücumlara qarşı müdafiəsizdir və telefonlarını yeniləyə bilmir,” - deyə jurnalistlər bildiriblər.
Ekspertlər bildirirlər ki, “Android 12” və daha köhnə sistemlə işləyən cihazlar üçün yeni smartfona keçmək vacibdir. 2026-cı il üçün minimum tələb “Android 13” hesab olunur.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.