AZ

Starmer vəzifədən GETMƏYƏCƏK Özü açıqladı KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Böyük Britaniyanın baş naziri Kir Starmer artan siyasi təzyiqlərə baxmayaraq vəzifəsindən getmək niyyətində olmadığını açıqlayıb. Bu barədə Teleqraf qəzeti məlumat yayıb.

KONKRET.az xəbər verir ki, baş nazirin sözlərinə görə, siyasət cəmiyyət üçün müsbət dəyişikliklərin mənbəyi ola bilər:

“Biz sübut etməliyik ki, siyasət yaxşılıq üçün bir qüvvə ola bilər. Mən buna inanıram. Bunun mümkün olduğuna əminəm. Məhz bu mövqedən irəli gedəcəyik”, – deyə Kir Starmer bildirib.

Qeyd olunur ki, son sutka ərzində baş nazirin komandasında iki mühüm istefa baş verib. Əvvəlcə baş nazirin aparat rəhbəri Morqan Maksvini vəzifəsini tərk edib. Ardınca isə Kir Starmerin ictimaiyyətlə əlaqələr üzrə direktoru Tim Allan istefa verib.

Bu istefalar fonunda Böyük Britaniyada siyasi böhranın dərinləşdiyi bildirilir. Müzakirələr zamanı baş nazirin özünün də postdan gedə biləcəyi ehtimalı gündəmə gəlib. Mənbələrin məlumatına görə, Leyborist Partiyası daxilində bəzi həmkarları Starmerin yaxın bir həftə ərzində baş nazir vəzifəsindən uzaqlaşdırılmasını istəyirlər.

Lakin bütün bu çağırışlara baxmayaraq, Kir Starmer istefa verməkdən imtina edir və hökumətə rəhbərliyini davam etdirmək niyyətində olduğunu açıq şəkildə ifadə edir.

Siyasi müşahidəçilər hesab edirlər ki, yaxın günlərdə Böyük Britaniyada hökumət daxilində proseslər daha da gərginləşə və ölkənin siyasi gündəmini ciddi şəkildə dəyişə bilər.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
konkret.az

2Mənbələr