Müasir dövrün ən dağıdıcı epidemiyalarından biri səssizcə yayılmağa davam edir. Bu, epidemoyanın adı siqaretdir. Siqaret dünyada hər gün 22 min insanın həyatına son qoyur və bu göstərici müharibələrdən daha böyük dağıntılara səbəb olur. Metbuat.az xəbər verir ki, professor Məhəmməd Emin Akkoyunlu bildirib ki, siqaret ağciyər xərçənglərinin 80%-nin əsas səbəbidir. Alim deyib: “Təbiətdə yeri olmayan bu zəhəri nə qədər tez tərk etsəniz, bədəndə buraxdığı zərər də bir o qədər tez aradan qalxır”. Mütəxəssis bildirib ki, siqareti digər risk faktorlarından ayırmaq vacibdir. Siqaret bəşəriyyətə ən çox ziyan vuran, yalnız zövq üçün qəbul edilən və insanın təbii həyat dövriyyəsində yeri olmayan maddələrdəndir. Kiflənmiş qida və ya zəhərli su müəyyən şərtlərdə zərərli olsa da, siqaret hər şəraitdə zərərlidir və artıq qlobal epidemiyaya çevrilib.Qeyd edək ki, hazırda dünyada təxminən 1,8 milyard insan siqaret çəkir.