AZ

Tehran Vaşinqton danışıqlarında urana dair qərar verilib? İranın vitse prezidenti detalları açıqladı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İran Omanda ABŞ ilə danışıqlar zamanı zənginləşdirilmiş uranın üçüncü ölkələrə ötürülməsi ehtimalını müzakirə etməyib".

Oxu.Az-ın "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bu barədə İranın vitse-prezidenti və ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib.

"Uranın ölkədən çıxarılması gündəmdə deyildi. Bunu digər ölkələr danışıqlar prosesinə kömək üçün təklif etmişdilər", - deyə siyasətçi bildirib.

Eslami həmçinin qeyd edib ki, əgər Vaşinqton Tehrana qarşı bütün sanksiyaları ləğv edərsə, İran hakimiyyəti ölkədə olan 60 faizlik uran ehtiyatlarının zənginləşdirilmə səviyyəsini azaltmağa hazırdır:

"Bu məsələ onların qarşılıq olaraq bütün sanksiyaları ləğv edib-etməyəcəklərindən asılıdır".

Xatırladaq ki, fevralın 6-da Omanın paytaxtı Maskat şəhərində İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması ilə bağlı danışıqların yeni mərhələsi baş tutub. İran nümayəndə heyətinə Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
2
oxu.az

3Mənbələr