AZ

Yol çiyninə çıxan sürücülər avtomobilləri sıxışdırıb təhlükə yaratdılar VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı Dairəvi yolunda qayda pozan sürücülər görüntülənib.

Bu barədə izləyicilərdən biri lentə aldığı videonu Avtosfer.az-ın “Instagram” səhifəsinə göndərib.

Kadrlardan aydın olur ki, 77-ES-649 dövlət nömrə nişanlı “Dacia” markalı və onun qarşısında olan “Hyundai” markalı avtomobillərin sürücüləri sıxlıq zamanı irəli düşmək məqsədilə zolağı tərk edərək yol çiyni ilə hərəkət ediblər.

Nəticədə onlar yol boyu nəqliyyat vasitələrini sıxışdıraraq qəza şəraitinə səbəb olublar.

Daha sonra “Dacia”nın sürücüsü yenidən zolağa daxil olmağa çalışıb. Bu zaman o, görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Lakin sürücü ona yol verməyərək hərəkətinə davam edib.

Qeyd edək ki, tıxac zamanı bu cür davranışlar bəzi sürücülərə qısa müddətli üstünlük qazandırsa da, sonradan zolağa qayıtmaq cəhdləri ümumi nəqliyyat axınını daha da ləngidir və sıxlığın artmasına səbəb olur.

Nərmin

Oxunub 268

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
avtosfer.az

1Mənbələr