AZ

Epşteyn dosyesində Alibaba nın qurucusunun da adı var?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə və bəzi xarici platformalarda yayılan iddialar dünya biznes ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. İddialara görə, “Alibaba” şirkətinin təsisçisi, milyarder iş adamı Jack Ma-nın adı mərhum maliyyəçi Jeffrey Epşteynlə bağlı açıqlanan sənədlərdə yer alıb.Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı açıq mənbələr və beynəlxalq media hesabatları araşdırıldıqda, Jack Manın adının rəsmi şəkildə yayımlanan Epşteyn sənədlərində təsdiqlənmiş formada yer aldığına dair etibarlı sübut tapılmır. ABŞ məhkəmə materiallarında və indiyədək ictimaiyyətə açıqlanmış rəsmi siyahılarda “Alibaba” qurucusunun adı göstərilmir.Qeyd edək ki, Epşteyn sənədlərində çoxsaylı siyasətçi, iş adamı və ictimai fiqurların adları müxtəlif kontekstlərdə hallanıb. Lakin hüquqşünasların vurğuladığı kimi, hər hansı bir şəxsin adının sənədlərdə keçməsi avtomatik olaraq onun cinayət məsuliyyəti daşıması demək deyil. Bu adlar bəzən sadəcə əlaqə siyahılarında, yazışmalarda və ya uçuş qeydlərində yer ala bilər.Hazırkı mərhələdə Jack Ma ilə bağlı yayılan məlumatlar əsasən sosial mediada dolaşan təsdiqlənməmiş iddialara əsaslanır. Mötəbər beynəlxalq KİV-lərdə və rəsmi sənədlərdə onun Epşteyn işi ilə əlaqəsini təsdiqləyən fakt yoxdur.Kənan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr