AZ

İKTA “Broadband Mapping” və “E-Connection” platformalarını istifadəyə verəcək

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrətənzimləyici qurumu İnformasiya və Kommunikasiya TexnologiyalarıAgentliyi (İKTA) ölkənin internet xidmətləri bazarında rəqəmsaltransformasiyanın növbəti mərhələsinə start verir. Agentliktərəfindən hazırlanan “Broadband Mapping” (Genişzolaqlı İnternetXəritələmə) və “E-Connection” (Elektron Qoşulma) xidmətləriistifadəçilərə internet provayderlərini vahid platforma üzərindənseçmək, müqayisə etmək və birbaşa qoşulma müraciəti göndərməkimkanı yaradacaq.

Layihənin təqdimatı məqsədilə telekommunikasiya operatorları vəprovayderləri ilə görüş keçirilib. İKTA-nın İdarə Heyətinin sədrmüavini Ceyhun Hüseynzadə çıxışında bu təşəbbüsün bazarınekosisteminə köklü təsir göstərəcəyini vurğulayıb.

“Broadband Mapping” platforması vasitəsilə vətəndaşlar və biznessubyektləri ünvanları üzrə real xidmət göstərən provayderləriinteraktiv xəritə üzərindən müəyyən edə biləcəklər. Onu tamamlayan“E-Connection” xidməti isə aşağıdakı üstünlükləri təqdim edir:

Şəffaf müqayisə: müxtəlif provayderlərin tarifpaketlərini və texniki göstəricilərini bir məkanda müqayisəetmək;

Birbaşa müraciət: seçilmiş provayderə saniyələrərzində elektron sorğu göndərmək;

İzləmə mexanizmi: müraciətin qəbulundanxidmətin aktivləşməsinə qədər olan bütün prosesi şəxsi kabinetvasitəsilə izləmək;

Təhlükəsizlik: vətəndaşlar üçün rəqəmsal giriş,operatorlar üçün isə gücləndirilmiş elektron imza vasitəsilə tamhüquqi etibarlılıq.

İKTA-nın tətbiq etdiyi bu model ABŞ-nin Federal KommunikasiyaKomissiyası (FCC) və Avropa İttifaqının BEREC strukturunun qabaqcıltəcrübələrinə əsaslanır. Eyni zamanda bu platforma Dünya Bankının“B-READY” hesabatı çərçivəsində qiymətləndirilən “məlumatlı seçim”və “şəffaf bazar” meyarlarına cavab verir.

Layihəyə qoşulmuş operatorlar heç bir əlavə xərc çəkmədən dövlətplatformasında tanıtım üstünlüyü və müştəri bazasına birbaşa çıxışəldə edəcəklər. Məlumatlarını təqdim etməyən provayderlər isəxəritədə əks olunmayacaq. Bu da onların rəqəmsal seçim mühitindənkənarda qalması ilə nəticələnəcək.

Agentlik vurğulayır ki, bu yanaşma inzibati məcburiyyət deyil,bazar iştirakçılarını daha açıq və müştəriyönümlü fəaliyyətə təşviqedən iqtisadi modeldir. 2025-ci ilin əvvəlindən məlumatlandırılaninternet servis provayderləri (İSP) üçün layihədə iştirak hər zamanmümkün olacaq.

Hazırda test rejimində olan “E-Connection” xidmətinin 2026-cıilin mart ayında tam istifadəyə verilməsi planlaşdırılır.

Məqalədə:
Seçilən
12
3
az.trend.az

9Mənbələr