AZ

Zelenski: Rusiyanın hücumlarından sonra Kiyevdə 1400-dən çox bina istiliksiz qalıb

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın ölkəsinə son hücumları səbəbindən paytaxt Kiyevdə 1400-dən çox çoxmərtəbəli bina istiliksiz qalıb.

Turkustan.az xəbər verir ki, Zelenski sosial media paylaşımında bildirib ki, nazirlərdən və regional nümayəndələrdən Rusiyanın son hava hücumlarının enerji sistemindəki problemlərlə bağlı məlumat alıb.

Zelenski onlayn görüş zamanı Ukraynadakı enerji problemini və onun həlli üçün davam edən səyləri müzakirə etdiklərini bildirib və əlavə edib ki, "ən ağır vəziyyət hələ də paytaxtdadır. Kiyevdə 1400-dən çox çoxmərtəbəli bina istiliksizdir və bu binaların hər birində yaşayan insanların bütün lazımi dəstəyi alması vacibdir".
Zelenski ölkənin bir çox bölgəsində enerji problemlərinin olduğunu qeyd etdi və Ukraynaya mümkün elektrik enerjisi idxalını artırmaq üçün Rumıniya ilə sərhədyanı əməkdaşlığı genişləndirmək üzərində çalışanlara təşəkkür etdi.

Zelenski Ukraynadakı nüvə elektrik stansiyalarının hazırkı vəziyyəti ilə bağlı Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıhaldan məlumat aldığını bildirib və əlavə edib ki, "nüvə elektrik stansiyalarımız, o cümlədən əlaqəli infrastruktur və şəbəkələr, demək olar ki, daim Rusiya ordusu tərəfindən hədəfə alınmaqda davam edir".

Zelenski müttəfiq ölkələrdən Ukraynaya hava hücumundan müdafiə raketlərinin çatdırılmasını sürətləndirmələrini istəyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
69
1
turkustan.az

2Mənbələr