AZ

Reuters: Kral III Çarlzın qardaşı Endryu Epşteynə hökumət sənədləri göndərib...

Sızdırılan elektron məktublar Britaniya sarayını növbəti qalmaqala sürükləyir...

Britaniya kralı III Çarlzın qardaşı, York hersoqu Endryu amerikalı maliyyəçi və cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteynə Böyük Britaniyanın rəsmi hökumət sənədlərini gizli şəkildə ötürmüş ola bilər.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ-də açıqlanan sənədlər paketində yer alan elektron məktublara istinadla məlumat yayıb.

Agentliyin dərc etdiyi materialda bildirilir ki, Endryu Mauntbatten-Vindzor 2010-cu ildə Epşteynə rəsmi Britaniya ticarət sənədlərini göndərib və bu məlumatları hökumətin xüsusi nümayəndəsi statusunda əldə edib. Reuters-in vurğuladığına görə, söhbət Vyetnam, Sinqapur və digər ölkələrlə bağlı hesabatlardan gedir. Həmin sənədlər Endryuya hökumət tapşırığı ilə həyata keçirdiyi xarici səfərlərlə əlaqədar təqdim olunub.

Qeyd olunur ki, ticarət və hökumət nümayəndələrinə adətən məxfi və ya kommersiya xarakterli sənədləri üçüncü şəxslərlə bölüşmək qadağandır. Bununla belə, sızdırılan elektron yazışmalar Epşteynə belə materialların ötürüldüyünü ehtimal etməyə əsas verir.

Reuters əlavə edir ki, hüquq-mühafizə orqanları agentliyin sorğusuna cavab verməyib və Endryu ilə bağlı yeni istintaqın başlanıb-başlanmayacağı hələlik məlum deyil. Xatırladaq ki, Kral III Çarlzın qardaşı Endryu artıq bir neçə ildir Epşteynlə əlaqələrinə görə ictimai və siyasi qalmaqalların mərkəzindədir.

Qeyd edək ki, 2025-ci ildə Britaniya kralı şahzadə Endyunu bütün rəsmi titullarından məhrum edib. Epşteyn işi üzrə açıqlanan son sənədlər paketində Endryunun naməlum gənc qadının üzərində əyilmiş vəziyyətdə əks olunduğu fotolar da yer alır. Medianın araşdırmalarına görə, şəkillər Epşteynin Nyu-Yorkdakı malikanəsində çəkilib.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr