Rusiya xarici işlər naziri Sergey Lavrov iddia edir ki, Rusiya 2025-ci ilin avqustunda Ankoricdə ABŞ-ın Ukrayna böhranı ilə bağlı verdiyi təklifləri qəbul edib, lakin indi Vaşinqton administrasiyası onlardan geri çəkilir.
"Əgər buna kişi kimi yanaşılırsa, onlar təklif verdi, biz də qəbul etdik, demək problem həll olunmalıdır" – deyə Lavrov bildirib.
Lavrov həmçinin Kiyev və Avropanın fikirlərinin Moskva üçün önəmli olmadığını və indi gözləntilərinin ABŞ prezidenti Trampın Zelenskini əldə edilən razılaşmanı qəbul etməyə inandırması olduğunu vurğulayıb.
Lavrov Ankoricdə əldə edildiyi iddia edilən razılaşmanın təfərrüatlarını açıqlamayıb. Lakin əvvəlki məlumatlarda Tramp və Putin arasındakı razılaşmanın Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması və Xerson və Zaporojye bölgələrində cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasını əhatə etdiyi iddia edilirdi.
Lavrovun sözlərinə görə, bu təkliflər ABŞ tərəfindən təqdim edilib, Rusiya onları qəbul edib və indi Ukrayna tərəfini razı salmaq ABŞ-ın növbəsidir. Nazir bildirib ki, onlar təklif veriblər, biz də qəbul etdik. İndi, problem həll olunmalıdır.
O, ABŞ-ı "kişi kimi hərəkət etməməkdə" və iqtisadi dominantlıq etməkdə günahlandırıb. ABŞ-ı sərt tənqid edən Lavrov, Vaşinqtonun Ankoricdəki razılaşmadan çəkildiyini iddia edib.
O, ABŞ-ın Ankoric sammitindən qısa müddət sonra “Lukoil” və “Rosneft”ə yeni sanksiyaların tətbiqi və Hindistan və digər ölkələrin Rusiyadan enerji ehtiyatları almasına qarşı bir sıra addımlar atması və Avropanı bahalı Amerika LNG-si almağa məcbur edərək iqtisadi dominantlıq etməyə çalışdığını iddia edib. O, həmçinin Rusiya tankerlərinin beynəlxalq sularda saxlanılmasını BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının pozulması kimi dəyərləndirib.
TAHİR